"Qəbələ" belə tarix yazdı Geniş İcmal VİDEO

10:37 - 7 Avqust 2015

Pley-offa yüksəldi


Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Kiprin “Apollon” klubunu qəbul edib. Bakıda keçiriləcək qarşılaşma “Bakcell arena”da baş tutub. Səfərdə 1:1 hesablı heç-heçəyə nail olan “Qəbələ” ev oyununa üstünlüklə çıxmışdı.

 

Oyuna aktiv başlayan təmsilçimiz çoxsaylı cəhdlərinə baxmayaraq ilk hissədə hesabı aça bilmədi. İkinci hissədə də təzyiqi davam etdirən Roman Qriqorçukun yetirmələri nəhayət sona 10 dəqiqə qalmış istəyinə çata bildi. İlk oyunun qəhrəmanı Cavid Hüseynov bu dəfə də penaltidən fərqlənərək matçın yekun hesabını müəyyənləşdirdi. Beləliklə, "Qəbələ" pley-off mərhələsinə vəsiqə qazandı.

 

 

"Qəbələ" (Azərbaycan) - "Apollon" (Limassol, Kipr) - 1:0

Qol: Cavid Hüseynov, 80 (pen.)

 

Baş hakim: Duarte Nunu Pereyra Qomes

Yan xətt hakimləri: Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome

Dördüncü hakim: Brunu Migel Duarte Payxao (hamısı Portuqaliya)

Bakı. "Bakcell Arena"

İlk oyun – 1:1

 

Xəbər xətti