117 illik klub
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" İsveçrənin adlı-sanlı klubu olan "Yanq Boys"la qarşılaşacaq. İlk oyunu 20 avqustda səfərdə oynayacaq təmsilçimizi ağır oyun gözləyir.
Sportal.az xəbər verir ki, İsveçrənin paytaxtı Berni təmsil edən "Yanq Boys" 1898-ci ildə yaradılıb. Ev oyunlarını 31 min azarkeş tutumuna malik "Vankdorf" stadionunda keçirən komanda tarixi ərzində 11 dəfə İsveçrə çempionluğunu yaşayıb. 2014-2015 mövsmüündə 66 xalla İsveçrə çempionatını 2-ci pillədə bitirən "Yanq Boys" "Bazel"dən 12 xal geri qalıb. 1986-cı ildə isə UEFA Qaliblər kubokunda 1/4 final mərhələsi həyəcanı yaşayan klubun baş məşqçisi isveçrəli Yuli Fortedir. Klubun prezidenti vəzifəsində isə artıq 5 ildir ki Verner Müller çalışır.
2010-2011, 2012-2013 və 2014-015 mövsümündə Avropa Liqasının qrup mərhələsində oynayan "Yanq Boys" 2 dəfə 1/16 mərhələsində çıxış edib. 32 yaşlı təcrübəli isveçrəli futbolçu Stif von Bergenin kapitanlıq etdiyi komandada ən təhlükəli futbolçu kimi venesuelalı Aleksandr Qonzales, Guillame Hoarau və isveçrəli Leonardo Bertoneni saymaq olar. 11 legionerin yer aldığı komanda hazırda davam edən İsveçrə çempionatında 3 turdan sonra 3 xalla 6-cı pillədə yer alıb. Əlavə edək ki, hər 3 xalı heç-heçə ilə qazanıb.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Monako" ilə qarşılaşan hər iki oyunda da məğlub olaraq (1:3, 0:4) "Qarabağ" kimi mübarizəsini Avropa Liqasında davam etdirəcək.
saytlarin hazirlanmasi