"Qəbələ" ilə qarşılaşmağı arzulamırdıq"
Xəbər verdiyimiz kimi, dünən atılan püşkatmada UEFA Avropa Liqasının “play-off” mərhələsi üçün rəqiblər müəyyənləşdi. Püşkatmaya əsasən “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq.
Sportal.az “Qәbәlә”nin rәqibi “Panatinaikos” klubunun kapitanı Zekanın (Xose Karlos Qonçalves Rodrigez) "Qafqazinfo"ya müsahibәsini təqdim edir:
- Avropa Liqasının "play-off" mәrhәlәsindә "Qәbәlә" ilә qarşılaşacaqsız. Püşk haqqında nә deyә bilәrsiz?
- Fikrimcә, hәr iki tәrәf üçün çәtin olacaq. Çünki bundan әvvәlki görüşdә onlar "Apollon"u mәğlub ediblәr. 3 qәlәbә qazanaraq bu mәrhәlәyә kimi çatıblar. Maraqlı qarşılaşmalar bizi gözlәyir.
- Hәr kәs sizi favorit sayır...
- Normaldır. "Panatinaikos" Avropada daim çıxış edәb klubdur. Biz Çempionlar Liqasının qrupunda oynamışıq. Amma kimin favorit olduğu meydanda bәlli olacaq.
- "Qәbәlә" ilk dәfәdir ki, Avropa Liqasının "play-off" mәrhәlәsindәoynayır. Amma sizin tәcrübәniz var. Bu sizәkömәk edәcәk?
- Bunu bilirәm. "Qәbәlә" ilk dәfә"play-off"a kimi gәlsәdә, yaxşı komandadır. Düzdür, tәcrübәni nәzәrәalsaq, üstünlük bizdәdir. Lakin, futbolda bәzәn tәcrübәdәişәyaramır.
- Püşkatma zamanı "Qәbәlә"ni arzulayırdız?
- Arzulamırdıq. Bizim üçün rәqibin fәrqi yox idi.
- Azәrbaycan haqqında nәbilirsiz?
- Heç nә. İlk dәfәdir ki, Azәrbaycanla bağlı bir şeyә rast gәlirәm.
- Bәs, Azәrbaycan çoxlu sayda braziliyalı futbolçu olduğundan xәbәriniz yoxdur?
- Bizim futbolçular bütün dünyada var. Hә, Anderson Oliveyra ("Simurq"da çıxış edib) var. Bir zamanlar Azәrbaycanda oynayıb.
- Sizin komandada ulduz futbolçular Maykı Essien, Malden Petriç çıxış edir. Buna görәsizin indidәn mәrhәlәkeçәcәyinizi demәk olar?
- Әlbәttә, onlar ulduzdurlar. Amma bu mәrhәlә keçәcәyimiz demәk deyil. Ümid edirәm ki, sizin dediyiniz kimi olacaq.
- Ötәn mәrhәlәdә"Qәbәlә" Kiprin "Apollon" klubu ilә qarşılaşmışdı vәhәr iki oyunda qalmaqal yaşanmışdı...
- Bundan xәbәrsizәm.
- Kipr dә yunanların yaşadığı әrazidir. İndi isә"Qәbәlә" әsl yunan klubu ilәüz-üzәgәlәcәk. Düşünmürsüz ki, eyni hal yaşanar?
- Yox. Ümid edirәm ki, hәr şey qaydalar çәrçivәsindә baş tutacaq.
saytlarin hazirlanmasi