Premyer Liqa bir dəqiqəlik sükutla başlayacaq

18:49 - 9 Avqust 2015

Mübariz Zeynalovun vəfatına görə

 

Azərbaycan Premyer Liqasının ilk turu bir dəqiqəlik sükutla başlayacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb “Neftçi”nin Müşahidə Şurasının üzvü, veteran futbolçu Mübariz Zeynalovun vəfatıdı.

 

PFL rəhbərliyi açılış turunun bu gün baş tutacaq ilk üç oyununun veteran futbolçunun xatirəsininin yad edilməsi üçün 1 dəqiqəlik sükutla başlanmasına qərar verib.

 

Xatırladaq ki, Premyer Liqanın açılış turunun ilk oyunları saat 21:00-da başlayacaq.

Xəbər xətti