"Zirə"nin baş məşqçisi: "Çatışmazlıqlar var"

23:13 - 9 Avqust 2015

"Biz çox ağır oyun keçirdik"

 

Premyer Liqada debüt edən “Zirə” ilk oyunda uğur qazandı.  Komanda doğma meydanında AZAL-dan üstün oldu – 1-0.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov bunları qeyd edib:

 

"Premyer Liqada ilk oyunumuza çıxdıq. İlk oyunlar çətin olur. Biz çox ağır oyun keçirdik. Düzdür, təlim-məşq toplanışında olmuşduq. Amma istənilən halda ilk oyun çətin alındı. Çatışmazlıqlar var. Bunu aradan qaldırmalıyıq. Bütün bunlara rəğmən,  ilk oyunu qalib başa vurduq. Bu münasibətlə klubumuzu təbrik edirəm”.

Xəbər xətti