"Düşünürəm ki, potensialımız var"
Premyer Liqada debüt edən “Zirə” ilk oyunda uğur qazandı. Komanda doğma meydanında AZAL-dan üstün oldu – 1-0.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:
“Oyunun çətin keçəcəyini bilirdik. Rəqibi tanımırdım. Sadəcə, ötən il AZAL-da oynayıb, indi “Zirə”də çıxış edən futbolçulara bələd idim. Düşünürəm ki, iki fərqli hissə izlədik. İkinci hissədə qol epizodları yaratdıq. Lakin məğlub olduq. İlk turda uduzmaq xoşagələn hal deyil. Buna baxmayaraq, oyunçularımdan razı qaldım. Yeni komanda qurmuşuq. Düşünürəm ki, potensialımız var.”
saytlarin hazirlanmasi