“Kəpəz” daha istəkli idi"
Premyer Liqanın 2015/2016-cı illər mövsümünün ilk turunda “Kəpəz” səfərdə “Neftçi” ilə üz-üzə gəldi. Oyunda hesab açılmadı.
Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Samir Əliyev bunları qeyd edib:
“Mövsümə qələbə ilə başlamaq istəyirdik. Amma alınmadı. “Kəpəz” daha istəkli idi. Heç-heçə ədalətli nəticədir. Müəyyən boşluqlar vardı. Problemlərimiz çoxdur. Bəzi oyunçular məsuliyyəti dərk etməlidirlər”.
saytlarin hazirlanmasi