"Qarşıdakı oyunlara hazırlaşmalıyıq"
Premyer Liqanın 2015/2016-cı illər mövsümünün ilk turunda keçirilən “Rəvan” – “Sumqayıt” görüşündə hesab açılmadı.
Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bunları qeyd edib:
“Cari çempionatın ilk oyununa çıxdıq. İstənilən komanda üçün ağırdır. Biz 10 nəfər qaldıqdan sonra vəziyyətə nəzarət “Rəvan”ın əlinə keçdi. Buna baxmayaraq, futbolçular mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
saytlarin hazirlanmasi