"Cavidin də yerini doldurmağa çalışacağıq"
"Azərbaycanın iki yaxşı komandasının oyunu idi. Düzdür, çempionatın ilk turu olduğuna görə biz sürətli oyununun şahidi ola bilmədik. Amma hərhalda maraqlı bir matç keçdi".
Sportal.az xəbər verir ki, bu sözləri CBC telekanalında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının birinci turunda "Qarabağ"la bərabərə qaldıqları görüşdən (1:1) sonra deyib.
O, qapılarına təyin olunan penalti epizoduna və futbolçusu Rəşad Sadiqova qırmızı vərəqə ilə cəzalandırılmasına münasibət bildirib:
"Şübhəsiz ki, həmin epizod birmənalı şəkildə penalti idi. Samir Zərgərov orada qaydanı pozmuşdu. Rəşad Sadiqova isə qırmızı vərəqə verildiyi epizodda isə nəinki qırmızı, heç sarı vərəqə də göstərilməməli idi. Oyunun hakimi Əliyar Ağayev təcrübəli hakimdir. O cür hakim belə qərar verməməlidir".
R.Qriqorçuk əsas komandadan uzaqlaşdırılan Cavid Hüseynov haqda da danışıb: "Cavid Hüseynov "Qəbələ"nin liderlərindən biri olub. Yaradıcı oyunçulardan biri olub və oyun quruculuğunda fəal şəkildə iştirak edib. Ancaq "Qəbələ" bir nəfərdən ibarət komanda deyil. Cavidin də yerini doldurmağa çalışacağıq".
saytlarin hazirlanmasi