Qurban Qurbanov: "Son hadisələr hər birimizə təsir edir"

23:45 - 10 Avqust 2015

"Biz bu oyuna köklənə bilməmişdik"

 

Premyer Liqanın 2015-2016-cı illər mövsümünün ilk  turunda Avropa Liqasında mübarizəni davam etdirən iki komandamız – “Qəbələ” və “Qarabağ” üz-üzə gəldilər. Gərgin mübarizə şəraitində keçən oyunda qapılara 4 qol vuruldu və oyun 2-2 hesabı ilə başa çatdı. 

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:

 

"Mən çempionatın başlanması münasibəti ilə hər kəsi təbrik edirəm. Bizim işimiz futboldur. Birimiz qaçırıq, birimiz düşünürük, digərimiz yazırıq. Futbol bizim ümumi işimizdir. Odur ki, mən mərhum jurnalist Rasim Əliyevə və veteran futbolçumuz Mübariz Zeynalova Allahdan rəhmət diləyirəm. Düşünürəm ki, biz bu oyuna köklənə bilməmişdik. Son hadisələr hər birimizə təsir edir.

Hesab edirəm ki, biz ən yaxşı formada olan komandaya qarşı oynadıq. “Qəbələ”nin Avropa Liqasında irəliləməsi xoşdur. Ümumi götürsək, oyundan razı qaldım. Müəyyən çatışmazlıqlar vardı. Məncə, çempionat üçün heyəti formalaşdırmaq  çətin olacaq. Bunun üçün zamana ehtiyac var”. 

Xəbər xətti