Bu da ölkənin ən perspektivli hakimi
Premyer Liqanın ilk turunda keçirilən “Qəbələ” – “Qarabağ” matçının baş hakimi Əliyar Ağayev ciddi səhvlə yadda qalıb. O, görüşün 73-cü dəqiqəsində “Qəbələ”nin aparıcı futbolçularından olan Rəşad Sadiqovu meydandan qovub.
Sual yaranır. Niyə? Sportal.az-ın təqdim etdiyi videoya baxın! Ancaq nə qədər baxsaz da, qırmızı vərəqənin səbəbini anlaya bilməyəcəksiz. Bəli, qayda pozuntusu var idi. Ancaq qırmızı vərəqə nə demək? Burada qırmızı vərəqəlik nə var idi ki? Ən perspektivli, ən düzgün saydığımız Əliyar Ağayev belə rəzalətlərə yol verirsə, başqalarından nə gözləyək? Kiməsə qərəzli olaraq qırmızı vərəqə vermək lazım olsaydı, bundan daha biabırçı şəkildə etmək mümkün deyildi...
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu 2:2 hesabı ilə sona çatıb.
saytlarin hazirlanmasi