7000 azarkeşlə...
Premyer Liqanın 2015-2016 mövsümünün ilk turu arxada qaldı.
Sportal.az xəbər verir ki, keçirilən 5 qarşılaşmada 7000 azarkeşlə ən çox maraq doğuran qarşılaşma "Xəzər Lənkəran" - "İnter" matçı olub. İkinci ən çox azarkeş isə “Qəbələ” – “Qarabağ” oyununda olub. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma 3200 azarkeşin gözü qarşısında oynanılıb.
“Neftçi” – “Kəpəz” oyununu 1500, “Zirə” – AZAL matçını 1300, “Rəvan” – “Sumqayıt” qarşılaşmasını isə 1000 nəfər azarkeş izləyib.
Ümumilikdə isə ilk turun oyunlarını cəmi 14 000 insan stadiondan canlı izləyib.
saytlarin hazirlanmasi