Onun bu məsələyə aidiyyatı yoxdur
Bəzi mətbu orqanlarda jurnalist Rasim Əliyevin qətlində futzal üzrə millimizin sabiq üzvü Camal Məmmədovun da həbs olunanlar arasında olduğu deyilir.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, bəzi mətbu orqanlarda saxlanıldığı iddia edilən Camal Məmmədov həbs olunmayıb. Əməkdaşımızla söhbətində bu məlumatı təsdiqləyən Məmmədov hazırda azadlıqda olduğunu və bu məsələ ilə heç bir bağlılığının olmadığını bildirib.
Qeyd edək ki, karyerası ərzində "Standart", "İnter", "Karvan", "Turan" kimi klubların şərəfini qoruyan Camal Məmmədov futzal üzrə Azərbaycan millisinin də şərəfini qoruyub.
saytlarin hazirlanmasi