Hakim-inspektor kimi...
Premyer Liqanın II turunun bütün təyinatları müəyyənləşib.
Sportal.az xəbər verir ki, Sabiq FİFA hakimi Vüsal Əliyev bundan sonra hakim-inspektor kimi fəaliyyət göstərəcək. Ötən mövsüm başa çatdıqdan sonra hakimlik karyerasını bitirən Vüsal Əliyev yeni işində sabah debüt edəcək. O, Topaz Premyer Liqasının II turu çərçivəsində baş tutacaq “Rəvan” – “Qarabağ” görüşünə hakim-inspektor kimi təyinat alıb.
15 avqust (şənbə)
“Rəvan” – “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Vaqif Musayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Vüsal Əliyev
“Bayıl Arena”, 21:00
AZAL – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Gülağa Cabarov
“Dalğa Arena”, 21:00
16 avqust (bazar)
“Sumqayıt” – “Xəzər Lənkəran”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Kamran Bayramov, Etibar Həsənov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Əli Hüseynov
“Kapital Bank Arena”, 21:00
“Kəpəz” – “Zirə”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Coşqun Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu, 18:30
17 avqust (bazar ertəsi)
“İnter” – “Neftçi”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“İnter Arena”, 21:00