"Amma Cavidin heç bir günahı yoхdu"
Cavid Hüseynovun Apellyasiya Məhkəməsində iştirak edən dayısı Mehman Hacıyev açıqlama verib.
Sportal.az xəbər verir ki, futbolçunun qohumu Fanat.az-ın əməkdaşına bunları deyib:
"Biz mərhum jurnalistin valdeylərinə dərin hüznlə başsağlığı veririk. Onun yasına da getmişik, amma valeydenləri bizi qəbul etmədilər. Onlara Cavidin günahsız olduğunu demək istəyirdik. Təəssüf hissi ilə demək istəyirəm ki, bəzi mətbuat orqanları yalan məlumatlar yayır, ictimaiyyətə qeyri-dəqiq informasiyalar ötürürlər. Mənim sözüm həm də İsa Qəmbərlə Arif Hacıylıyadı ki, onlar bir nəfərin taleyinə belə yanaşısa, хalqın taleyinə necə yanaşacaqlar? Biz onların məsələni araşdırmadan münasibət bildirmələrini qınayırıq. Rasim Əliyevin ailəsinin halına da acıyırıq. Amma Cavidin heç bir günahı yoхdu. O, neçə gündü çörək də yemir. Öz günahsılığının dərdini çəkir.
Mərhum jurnalisti döyənlərə ən ağır cəza verilsin. Biz hüquqi dövlətdə yaşayırıq. İnanıram ki, günahkarlar layiqli cəzasını alacaq".
saytlarin hazirlanmasi