Jurnalistin ölümü ilə bağlı daha bir futbolçu həbs olundu

18:05 - 15 Avqust 2015

Xəbər verməməkdə, cinayəti gizlətməkdə ittiham olunur

 

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsiylə bağlı daha bir futbolçu həbs olunub.

 

Sportal.az Komanda.az-a istinadən  xəbər verir ki, bu, futbolçu Akif Tağıyevdi. Tağıyev jurnalist Rasim Əliyevlə bağlı hadisədən xəbərdar olub, bunu xəbər verməməkdə, gizlətməkdə ittiham olunur. Saytın əldə etdiyi məlumata görə, Tağıyev hazırda 8-ci polis bölməsində saxlanılır. 

 

1993-cü il təvəllüdlü Akif Tağıyev “Araz Naxçıvan”, “Xəzər Lənkəran” kimi klublarda çıxış edib. Onun formasını geyindiyi sonuncu klub “Turan Tovuz” olub.

 

Avqustun 8-də "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları və dostları tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb. Faktla bağlı cinayət işi açılıb. Cavid Hüseynov barədə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qərarı verilib.

 

Cavid Hüseynov jurnalistin döyülməsində birbaşa iştirak etməsə də, onun Elşən İsmayılov adlı futbolçu olan bibisi oğlu, Camal Məmmədov ad-soyadlı digər futbolçu Rasim Əliyevin döyülməsində ittiham olunurlar.

Xəbər xətti