Azarkeşlərlə polislər arasında...
Premyer Liqanın II turu çərçivəsində hazırda da davam edən "Rəvan" - "Qarabağ" matçında qalmaqal yaranıb.
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, Ağdam klubunun azarkeşlərinin "Qəbələ"nin üzvü Cavid Hüseynova məlum məsələlərdə öz dəstəklərini göstərmək üçün açdığı pankarta polislər icazə verməyiblər. Həttə polislər həmin azarkeşləri bölməyə də aparmaq istəyiblər. Lakin sonradan bu hal baş verməyib.
Qeyd edək ki, Ağdam klubunun azarkeşlərinin açdığı pankartda bu yazılar yazılmışdı: "Şəhid oğlundan qatil olmaz".
saytlarin hazirlanmasi