Roman Qriqorçuk: "Rəqibin zəif olmasını ümumiyyətlə düşünmürəm"

23:40 - 15 Avqust 2015

"Heyətdə müəyyən dəyişikliklər etmişdik"

 

Premyer Liqanın II turu “Qəbələ” üçün uğurlu alındı. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda səfərdə AZAL-ı 2-0 hesabı ilə üstələdi. 

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:

 

“Sevinirəm ki, 3 xal qazandıq. Heyətdə müəyyən dəyişikliklər etmişdik. Bu rəqibdən asılı deyil. Ümumiyyətlə, mən rəqibin zəif olmasını ümumiyyətlə düşünmürəm. Bildiyiniz kimi,  Avropa Liqasında mübarizəni davam etdiririk. Avropada meydançaya az çıxanlara şans vermişdik. Eyni zamanda, reqlamentə görə  bəzi dəyişikliklər etmişdik. Sevinirəm ki, dəyişikliklərin fonunda xal itirmədik”.

Xəbər xətti