"Futbolçulara etirazım yoxdur"
Premyer Liqanın II turunda keçirilən “Kəpəz” – “Zirə” oyunu 1-1 hesabı ilə başa çatdı. Oyunda hesabı meydan sahibi açsa da, əlavə olunmuş dəqiqələrdə “Zirə” bərabərlik qolunu vura bildi.
Sportal.az xəbər verir ki, oyundan sonra "Kəpəz"in baş məşçqisi Şahin Diniyev bunları qeyd edib:
“Çox ağır oyun oldu. Emosiyaların ön planda olduğu oyundan sonra analiz etmək, danışmaq çətindir. Amma deməliyəm ki, biz bu gün 2 xal itirdik. Əgər komanda qol vəziyyəti yarada bilmirsə, o zaman heç-heçəyə sevinmək olar. Lakin biz çox sayda qol epizodu yaratsaq da, bunlardan birindən maksimum istifadə etdik. Futbolçulara etirazım yoxdur. Oyunçular isti havada meydançanın hər qarışı üzrə mübarizə apardılar. Qısa zaman ərzində biz oyun formalaşdıra bilmişik. Bəzi çatışmazlıqlar zaman keçdikcə aradan qalxacaq. Bu gün Gəncədə futbol bayramında bizimlə olan hər kəsə təşəkkür edirəm”.
saytlarin hazirlanmasi