Aqil Məmmədov: "Qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirdik"

23:32 - 16 Avqust 2015

"1 xalla kifayətlənməli olduq"

 

"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının ikinci turunda "Xəzər Lənkəran"la 1:1 hesabı ilə bərabərə qaldıqları oyunu şərh edib.

 

Sportal.az  PFL-in saytına istinadən xəbər verir ki, o, qarşılaşma haqda bunları deyib:

 

"Mövsümdə ilk oyunumuza çıxdıq. Bu qarşılaşmada qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçularda bu istək var idi. Amma sonradan öz səhvimizdən qol buraxıb, 1 xalla kifayətlənməli olduq”.

Xəbər xətti