"Xəzər Lənkəran"ın kapitanı: "Hər dəfə Elvin Əsgərov "Xəzər Lənkəran" əleyhinə qərarlar verir" MÜSAHİBƏ

10:06 - 17 Avqust 2015

"İnanıram ki, qısa müddətdə Cavidi yenidən meydançada görəcəyik"

 

"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev dünən baş tutan "Sumqayıt"la oyundan sonra Sportal.az əməkdaşının suallarını cavablandırıb.

 

 

- "Sumqayıt"la səfərdə heç-heçə etdiniz..

- Bizim üçün ağır oyun oldu, əvvədən də bunu bilirdik. Biz 3 xal üçün çıxmışdıq. təəssüf ki alınmadı. Amma 1 xala da şükür.

 

- Hakim idarəçiliyi sanki ürəyinizcə olmadı..

- Özünüz baxın görün. Heç nədən qapımıza cərimə zərbəsi təyin etdi və qol oldu. Belə bir cərimə heç harda verilmir, ancaq bizim oyunda və ancaq da Elvin Əsgərov verir. Bir dəfə səhv olsa, başa düşmək olar. Amma hər dəfə Elvin Əsgərov "Xəzər Lənkəran" əleyhinə qərarlar verir.

 

- İlk iki oyunda komanda yeni transferlərsiz 4 xal qazanıb. Bu nəticəni komandanın kapitanı kimi necə dəyərləndirirsən?

- Bunu 6 xal da edə bilərdik. Ancaq 4 xal da pis deyil. "Sumqayıt"la heç-heçə də pis deyil. Bu komanda çoxlarına problem yaradacaq.

 

- Qarşıda "Rəvan"la oyun var. Bu 3 turda nisbətən asan rəqiblərlə qarşılaşdınız..

- Bu fikirlə razı deyiləm. Asan rəqib deyilən bir komanda yoxdur. Dünən "Rəvan"ın "Qarabağ"la oyununa baxdıq. heç də pis oynamadılar. Düzdü, "Rəvan"la evdə oynayacağıq, azarkeş dəstəyinin köməyi ilə 3 xal qazanacağımıza ümid edirəm.

 

- Milli komandada komanda yoldaşın Cavid Hüseynov məlum səbəblərə göə həbs olunub. Bu haqda düşüncələrini bildirərdin...

- Cavidlə millinin aşağı yaş qruplarında və indi də əsas millidə bir oynayırıq. Cavid elə oğlan deyil ki, belə hadisədə əli olsun. İnanıram ki, qısa müddətdə Cavidi yenidən meydançada görəcəyik.

Xəbər xətti