"Rəvan"ın futbolçusu mövsümün ilk uğursuzu oldu

13:05 - 17 Avqust 2015

149-cu avtoqol 

 

Premyer Liqanın 2015/16 mövsümündə ilk avtoqol qeydə alınıb. Bu, II turun “Rəvan” – “Qarabağ” qarşılaşmasında (1:2) gerçəkləşib.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, mövsümün ilk uğursuzu paytaxt təmsilçisinin futbolçusu Yamin Ağakərimzadə olub. Ümumiyyətlə, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında 149-cu avtoqol qeydə alınıb.

mövsüm

avtoqol

1992

8

1993

2

1993/94

0

1994/95

2

1995/96

4

1996/97

1

1997/98

5

1998/99

5

1999/2000

4

2000/01

7

2001/02

2

2003/04

8

2004/05

7

2005/06

9

2006/07

6

2007/08

5

2008/09

3

2009/10

9

2010/11

7

2011/12

15

2012/13

9

2013/14

13

2014/15

17

2015/16

1

cəmi

149

 

Ağakərimzadə “Rəvan”ın tarixində Premyer Liqada öz qapısına qol vuran ilk oyunçu kimi düşüb. Paytaxt təmsilçisi futbolçusu avtoqol müəllifi olan 38-ci komandadır. AZAL (17), “Qarabağ” (14), “Neftçi” (12) və “Bakı” (11) daha çox avtoqola imza atıb.

 

Rəqibi avtoqol edən komandaların sayı 34-dür. “Qarabağ” 16-cı dəfə rəqib qolu sayəsində fərqlənməklə, “Neftçi”yə çatıb. “Bakı” 15, “İnter” 14 belə halla üzləşib.

 

Qeyd edək ki, Premyer Liqada oynamış 58 klubdan 44-nün oyununda avtoqol qeydə alınıb

Xəbər xətti