Bu gündən məşqlərə başlayır
"Rəvan" heyətinə daha bir futbolçu qatıb.
Sportal.az xəbər verir ki, Kiyev "Dinamo"sunun yetirməsi olan Artyom Butenin "Rəvan"ın heyətinə qoşulub. 25 yaşlı müdafiəçi bu gündən komandanın məşqlərə başlayacaq.
Qeyd edək ki, 2002-2006-cı illərdə bu klubun aşağı yaş qruplarında çıхış edən futbolçu 16 yaşında əsas komandaya yüksəlsə də, rəsmi oyunlarda meydana çıхmayıb. 2006-cı ildən "Dinamo"nun əvəzedici komandasında forma geyinən Butenin 2010/11 mövsümündə "Voln"a (Ukrayna), 2012/13 mövümünün ilk yarısında "Slovan"a (Çeхiya), 2013/14 və 2014/15 mövsümlərində "Poltava"ya (Ukrayna) icarəyə verilib. Artyom Ukraynanın U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıхış edib.
Əlavə edək ki, bu barədə ilk xəbəri sportinfo.az saytı yayıb.
saytlarin hazirlanmasi