"Cavidi 10 ildir tanıyıram"
Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov həbsdə olan "Qəbələ"nin futbolçusu Cavid Hüseynov haqda danışıb.
Sportal.az xəbər verir ki, R.Sadıqov Cavidi kiminsə üstünə adam göndərəcək biri kimi tanımadığını bildirib:
"Bir tərəfdə insan ölümü, digər tərəfdə isə illərlə çiyin-çiyinə oynadığım futbolçu. Cavidi 10 ildir tanıyıram. Onun heç vaxt kiminləsə münaqişəsini görməmişəm. İnanmıram ki, o belə bir hərəkət etsin. Mərhuma Allahdan rəhmət diləyirəm. Fikrimcə, Cavid də belə hadisənin olmasını istəməzdi. O kiminsə üstünə adam göndərəcək biri deyil".
saytlarin hazirlanmasi