"İnter"in kapitanı "Neftçi"nin qapıçısını təriflədi, nəticəni ədalətli adlandırdı

00:01 - 18 Avqust 2015

"Rəhbərliklə də söhbətimiz olub"
 
"Premyer Liqanın ilk turunda "Xəzər Lənkəran" məğlubiyyətindən sonra komandada inam itmişdi. Bu oyunda var-gücümüzü ortaya qoyub qələbə qazandıq. Komandamı təbrik edirəm, sona qədər mübarizə apardı. Oyuna görə də nəticə oldu. Qələbəyə biz layiq idik, rəqibin qapıçısı Aqil Məmmədovun oyununu xüsusi qeyd edərdim. Şanslarımız çox oldu".
 
Bu sözləri "İnter"in kapitanı Səlahət Ağayev "Neftçi" üzərində 1:0 hesablı qələbədən sonra Sportal.az-a açıqlamasında bildirib. O, millinin qarşıdan gələn AÇ-2016 seçmə mərhələsində Xorvatiya ilə oyun haqda da danışıb: 
 
"Milli komandaya dəvət almağım baş məşqçinin qərarıdır. Dəvət alsam, canla başla oynamağa hazıram".
 
O, komandadakı maliyyə problemlərdən də danışıb:
 
"Hələlik hər şey yaxşıdır. Rəhbərliklə də söhbətimiz olub. İnanırıq ki, sponsorumuz bizə dəstək olacaq"

Xəbər xətti