AFFA klubları cəzalandırdı

13:06 - 18 Avqust 2015

"Zirə" və "Sumqayıt" 1000 manat

 

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub. 
 

 

AzərbaycanPremyer Liqasının II turunun “İnter” – “Neftçi” matçının 16-cı dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Xuan Alberto Alvarado sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

Oyunun 80-cı dəqiqəsində “İnter” klubunun 22 №-li futbolçusu İlkin Qırtımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

II turunun “Sumqayıt” – “Xəzər Lənkəran”  matçında “Sumqayıt” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

 

Premyer Liqanın II turunun “Kəpəz” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Xəbər xətti