Premyer Liqada 3-cü turun oyunlarının keçirilmə vaxtı dəyişdirildi

21:01 - 18 Avqust 2015

1 matç hələlik bəlli deyil

 

Azərbaycan Premyer Liqasının üçüncü turunun oyunlarının keçirilmə vaxtları ilə bağlı dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, artıq iki oyunun öncədən təyin olunduğu gündə keçirilməyəcəyi dəqiqləşib. Belə ki, AZAL - "Qarabağ" matçı ayın 22-də yox, 23-də keçiriləcək. "Zirə" - "İnter" matçı isə ayın 22-dən 24-nə keçirilib.

 

"Xəzər Lənkəran" - "Rəvan" matçı ayın 22-də, "Neftçi" - "Sumqayıt" görüşü 23-də keçiriləcək.

 

Hələlik, "Qəbələ" - "Kəpəz" görüşünün taleyi bəlli deyil. Bu oyun öncədən avqustun 23-nə təyin olunsa da, 24-də keçirilməsi istisna edilmir.

 

Qeyd edək ki, bütün oyunlar saat 21:00-da start götürəcək.

Xəbər xətti