Nurlan Əziz haqda yazı
Dünən "Neftçi"nin kapitanı Araz Abdullayevin döydüyü öz komandasının azarkeşi Nurlan Əzizə 5 sutkalıq həbs cəzası verildiyi barədə məlumat yazmışdıq. "Neftçi" klubu rəsmi saytında bəyanat yayaraq klubun sadiq azarkeşlərindən olan Nurlanı "kənar şəxs" kimi təqdim edib.
Sportal.az xəbər verir ki, Rusiyanın məşhur idman saytlarında olan "sports.ru" bu haqda yazı dərc edib. Yazıda Nurlanın "Neftçi"nin sadiq azarkeşi olduğunu əks etdirən fotolar yer alıb. Və "Neftçi" klubunun yaydığı biabırçı bəyanata da toxunulub. Sonda isə azarkeşin həbs olunması da qeyd olunub.
saytlarin hazirlanmasi