"Cütün favoritini söyləmək mümkün deyil"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının "pley-off" mərhələsində "Yanq Boyz"la (İsveçrə) ilk oyun öncəsi fikirlərini bildirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəəbər verir ki, o, keçirilən mətbuat konfransında hər iki komandanın şanslarının bərabər olduğunu bildirib:
"Hər iki komandanın qrup mərhələsinə vəsiqə qazanması üçün son şansdır, buna görə sabah maraqlı oyun olacaq. Meydanın süni ot örtüyünə sahib olması bizim oyunumuza mane olmayacaq, çünki artıq buna alışmışıq. Cütün favoritini söyləmək mümkün deyil. Şanslar bərabərdir"
saytlarin hazirlanmasi