"Hədəf çempionluqdur"
Dünəndən etibarən ötən mövsüm I Divizionun çempionu "Neftçala" Türkiyə toplanışına start verib.
Sportal.az xəbər verir ki, Bolu şəhərinin Esentepe qəsəbəsində hazırlıqlara başlayan "Neftçala" 10 günlük təlim-məşq toplanışında 5 yoxlama oyunu keçirəcək. Dünən baş məşqçi Kamal Quliyevin iştirakı ilə komandadaxili iclas keçirilib və baş məşqçi iclasda bu mövsüm də əsas hədəfin çempionluq olduğunu bildirib. Daha sonra isə dünən komanda birlikdə futbolçuları Məhəmməd Xəlilovun ad günün qeyd ediblər.
saytlarin hazirlanmasi