Avropa Liqası
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilir.
Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Qəbələ" növbəti matçına çıxıb.
"Qırmızı-qaralar" Bakıda Yunanıstanın "Panatinaikos" komandasını qəbul edib. Tarixi ərzində ilk dəfə mötəbər turnirin pley-off mərhələsində iştirak edən Roman Qriqorçukun yetirmələri sərfəli nəticə əldə etməyə çalışsalar da, bu, baş tutmayıb. Belə ki, görüşdə hesab açılmayıb. 0:0
20 avqust
Avropa Liqası, pley-off mərhələsinin ilk oyunlar
21:00. "Qəbələ" (Azərbaycan) – "Panatinaikos" (Yunanıstan) 0:0
Hakimlər: Andre Marriner, Simon Bennett, Li Bettsı (İngiltərə)
"Baksel Arena"
saytlarin hazirlanmasi