Milli komandaya ilk dəfə dəvət alan Nurlan Novruzov: "Prosineçkinin güvənini qazanmağa çalışacam"

16:54 - 20 Avqust 2015

"Bu dəvəti gözləyirdim"
 
Millimizin AÇ-2016 seçmə mərhələsində Xorvatiya və Malta matçları üçün heyətləri açıqlanıb.

Sportal.az xəbər verir ki, siyahıda ötən mövsümün bombaridiri və hazırda "Zirə"Nin hücumçusu Nurlan Novruzov da var. o, öz fikirləini saytımızla bölüşüb:

"Milli komandaya dəvət almaq ən böyük arzum idi. Şükürlər olsun ki, bu arzum reallaşdı. İndi isə millimizə xeyir vermək üçün əlimdən gələn hər şeyi edəcəm. Açığı, bu dəvəti gözləyirdim. Çünki çəkdiyim əziyyəti baş məşqçinin görəcəyinə inanırdım. Hazırda baş məşqçinin Robert Prosineçkinin güvənini qazanmağa çalışacam. Prosineçkiyə də öz təşəkkürümü bildirərəm, mənə etimad göstərdiyi üçün".
 
Novruzov millidə də qol vurmaq üçün çalışacağını deyib:
 
"Ötən mövsüm Premyer Liqada bombardir oldum, bu il komandamda da əsas məqsəd çoxlu qollar vurub komandama kömək edib, həmçinin bombardirlər siyahısında yer almaqdır. Millidə ilk növbədə məşqlərdə özümü sübut etməliyəm. Şans veriləcəyi təqdirdə, meydana çıxıb hər bir top üçün canımı qoyacam".

Xəbər xətti