"Artıq buna öyrəşmişik"
"Qəbələ" və millimizin yarımmüdafiəçisi Rəşad Sadiqov "Panatinaikos"la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Gərgin oyun oldu, "Panatinaikos" kimi bir rəqiblə asan deyildi, buna baxmayaraq başabaş mübarizə apardıq, qol epizodlarımız da oldu. Qələbə də qazana bilərdik. 0:0 hesabı pis nəticə deyil, əsas o idi ki, evdə qol buraxmadıq. Çalışacağıq ki, səfərdə bunu edib mərhələni keçək.
- Komanda sanki biraz zəif təsir bağışladı...
- İkinci hissənin sonlarında yalnız komandada bir az yorğunluq oldu. Amma ümumi götürsək, "Panatinaikos" kimi rəqiblə oyun ərzində epizodlar yaratdıq.
- Cavid Hüseynovun olmaması sənin yaımmüdafiədə işini çətinləşdirirmi?
- Cavidin olmamağı, nəinki mənim, bütün komandanın işini çətinləşdirir. Hər an Cavid hücumlarda təhlükə yarada biləcək futbolçudur.
- Rəqibin futbolçularının hündürboy olması sizə çətinlik yaratdımı?
- Artıq buna öyrəşmişik. "Çukariçki"nin futbolçuları bunlardan da hündür idi. Avropada hamı bizdən ucadır.
- Bu mərhələnin keçəcəyiniz təqdirdə komandaya yarım milyon manat mükafat ayrılacağı deyilir...
- Bu rəqəm həqiqətə uyğun deyil Hələlik biz heç özümüz bilmirik. Oyundan sonra mükafat deyilir.
- Ardıcıl 3-4 gündən bir oynamaq komandaya fiziki baxımdan problem yaratmır ki?
- Artıq buna öyrənməliyik. Avropada da demək olar ki, bütün komandalar iki gündən bir oynayır. Buna da vərdiş eləmək lazımdır. Həm çempionatda, həm avrokuboklarda yaxşı oyun göstərməliyik.
saytlarin hazirlanmasi