"Futbol oynamasan, nəticə qazanmaq mümkün deyil"
Azərbaycan Premyer Liqasının III turunda keçirilən görüşdə “Neftçi” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdi.
Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bunları qeyd edib:
“Neftçi”ni təbrik edirəm. Rəqibimiz layiqli qələbə qazandı. Açığı, futbolçuları bu il tanıya bilmirəm. Ümumi götürsək, onlara heç futbolçu demək olmaz. Yəqin ki, yaxın günlərdə iclas olacaq. Futbolçular barədə ölçü götürəcəyik. Oynamaq istəməyən adam burada qalmayacaq. İlk hissədə bəxtimiz gətirdi. Mübarizə apardığımızı deyə bilmərəm. Fasilədə danışıb dedim ki, futbol oynamaq lazımdır. Futbol oynamasan, nəticə qazanmaq mümkün deyil”.
saytlarin hazirlanmasi