Mahir Mədətov: "İkinci hissə başlayanda baş məşqçimiz dedi ki, "bu qolu unut" MÜSAHİBƏ

10:14 - 24 Avqust 2015

"Məqsədim o idi ki, meydanda nə iləsə yadda qalım"

 

"Qarabağ"ın gənc futbolçusu Mahir Mədətovun Sportal.az-a müsahibəsi:

 

"Qarabağ"ın heyətində ilk oyununda yaxşı təsir bağışladın. AZAL üzərində qələbə barəsində nə deyə bilərsən?

İlk oyunum olduğuna görə, bir az həyəcanlı idim. Amma məqsədim də o idi ki, meydanda nə iləsə yadda qalım, ya qolla, yda qol ötürməsi ilə. Oyunum pis alınmadı, düzdür, daha da yaxşı oynaya bilərdim. Amma hələ də tam olaraq komandaya uyğunlaşmamışam.

 

Bu oyunda start heyətdə meydana çıxacağını gözləyirdinmi?

Açığı, bu qərarı gözləmirdim. Heyətdə olduğumu əvvəlcədən bilmirdim. Çünki heç "Rəvan"la oyunda mənə şans veilməmişdi. Bu oyunda mənə şans verildi, çalışacam bundan sonra da baş məşqçinin etimadını doğruldum.

 

Oyunun gedişatında bir-iki dəfə baş məşqçi Qurban Qurbanov sanki sənə xüsusi tapşırıqlar verirdi?

İkinci hissəyə çıxanda baş məşqçimiz dedi ki, bu qolu unut. Qarşıda 45 dəqiqə var, bu müddətdə çalışmalısan. Hücum xəttində tam sərbəstlik verilmişdi mənə, lakin məşqçimiz bildirmişdi, top rəqibdə olanda yarımmüdafiə xəttinə kömək edim.

 

"Yanq Boyz"la cavab oyununda səni meydanda görə bilərik,yoxsa hələ tezdir?

Düşünürəm ki, bunun üçün hələ tezdir. Ümid edirəm ki, qrup mərhələsinə vəsiqə qazanacağıq. Həmin zaman meydanda olmaq üçün əlimdən gələn hər şeyi edəcəm.

 

Ölkəmizdə ən gənc potensiallı futbolçulardan birisən. Necə düşünürsən, gələcək üçün ümid bəslədiyimiz bir futbolçu ola biləcəksən?

Deməzdim ki, bu siyahıda təkəm. "Xəzər Lənkəran"dan Elnur Cəfərov, "Qəbələ"dən Roman Hüseynovu bu siyahıya əlaəvə edə bilərəm. Biz də əlimizdən gələni edirik ki, bizə bəslənilən ümidləri doğruldaq, gələcəkdə daha da istedadlı futbolçulardan olaq.

 

Yusif HÜSEYN

Xəbər xətti