"Sumqayıt"ın kapitanı: "Məğlub olmağımızın günahı özümüzdədi"

12:27 - 24 Avqust 2015

"Bu gün çox zəif idik"

 

"Oyun haqqında deyiləcək bir söz yoxdu. Zəif oynadıq və bunun nəticəsində məğlub olduq. Konkret kimisə günahlandırmaq düzgün olmazdı. Komanda şəklində zəif oynadıq".

 

Sportal.az xəbər verir ki.  bu fikirləri "Neftçi" ilə matçdan sonra saytımıza açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov bildirib.

 

Təcrübəli müdafiəçi oyundan əvvəl "Neftçi"yə məğlub olacaqları ilə bağlı mətbuatda gedən yazılara münasibət bildirib: "Elə bir söhbəti biz də eşitmişdik. Bu mümkün olan bir şey deyil. Biz meydana qələbə üçün çıxmışdıq. Məğlub olmağımızın günahı özümüzdədi. Yəni əvvəlcədən məğlub olacağımızla razılaşmamışdıq. Zəif oynadıq. Mətbuatda yayılan söhbətlərə görə biz oyuna daha istəkli çıxmışdıq. Lakin oyunumuz alınmadı. Bu gün çox zəif idik. Qarşıda oyunlarımız çoxdu. Səhvlərimizi araşdırıb, nəticələr çıxarıb daha yaxşı oynayacağıq".

Xəbər xətti