Pupon: "Çalışacağıq ki, "Yanq Boyz"dan geri qalmayaq" MÜSAHİBƏ

01:14 - 25 Avqust 2015

"AZAL-la oyun mənim üçün yaxşı alındı"
 
"Qarabağ"ın hollandiyalı hücumçusu Raydell Puponun Sportal.az-a müsahibəsi:
 
- Heyətin əksəriyyəti cavan futbolçulardan ibarət olsa da, AZAL üzərində qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?
- Bəli, cavan futbolçularla oynadıq. düzdür, ilk hissədə bəzi çətinliklər yaşadıq, ancaq ikinci hissədə hər kəs topla yaxşı oynayırdı. tez-tez top itkilərinə yol vermirdik. Məncə, yaxşı oyun göstərdik.
 
- Sanki hələ də komandaya adaptasiya ola bilməmisən və ya öz oyununu göstərə bilmirsən...
- Əlimdən gələni edirəm ki, öz oyunumu göstərim, komandaya xeyir verim. Oyun zamanında da top mənə gələndə çalışıram ki, itirməyim, komanda yoldaşlarımla oynayım. Şəxsən AZAL-la oyunu özüm üçün yaxşı oyunum adlandırardım. Düzdür, fərqlənə bilmədim. Amma çox çalışdım.
 
- Bəlkə də oyunlarda daha çox fərqlənmək üçün 1 qola ehtiyacın var?
- Sizə görə elə ola bilər. Ancaq mənim fikrimcə, qol vurmaqdan da önəmli öz oyunumla komandaya xeyir verməkdir. Hücumların qurulmasında iştirak edim və ya qol epizodları yaratmağım əsasdır.
 
- Avroliqanın pley-off mərhələsində "Qarabağ" səfərdə "Yanq Boyz"u 1:0 hesabı ilə məğlub etdi. Cavabq arşılaşması haqda nələr deyə bilərsən?
- Əlbəttə, "Yanq Boyz" burda hücum etməyə çalışacaq.  Çalışacağıq ki, onlardan geri qalmayaq. Biz də hücumlardan istifadə edək. Əsas odur ki, onlarla oyunda meydanda boşluqlar yaratmayaq. Özümüzə inanırıq bu oyunda. Rəqibi əvvəlki rəqibimiz "Seltik"lə bir tutmalıyıq. Çünki onlar cavab oyununa rahat şəkildə gəlmişdilər, demək olar ki, hücum etmirdilər. Futbolçular daha çox özlərinə sərf edənləri edirdilər. Bu matç fərqli olacaq.

Xəbər xətti