"Əvvəlki iki oyuna nisbətən daha yaxşı oynadıq"
"Zirə"nin kapitanı Rəşad Abdullayevin "İnter"lə matçdan sonra Sportal.az-a müsahibəsi:
- "İnter"lə 0:0 hesablı heç-heçəyə razılaşdınız. Qarşılaşma haqda fikirlərini bildirərdin?
- Çətin oyun oldu. Biz də qələbə qazana bilərdik, rəqib də. Yaxşı qol epizodlarımız da oldu. Bundan əvvəlki iki oyuna nisbətən bu oyunda daha yaxşı təsir bağışladıq. İstədiyimiz hücumları da qururduq, amma istifadə edə bilmirdik. Nəticədə 1 xala qane olduq.
- 3 turdan sonra 5 xal toplamısınız. Yeni yığılan komanda üçün bu 5 xalı yaxşı hesab etmək olar?
- Yeni yığılmış bir komanda üçün yaxşı bir nəticədir. Düzdür, "İnter"i də məğlub edə bilərdik, amma alınmadı. 5 xal heç də pis nəticə deyil.
- Oyunun gedişatında əvəzləndin, sanki bu əvəzetmə sənin üçün gözlənilməz oldu...
- Deməzdim gözlənilməz oldu, çünki oyundan öncə bir az ağrılarım var idi, bu ağrılar da sona yaxın özünü hiss etdirdi, ona görə əvəzləndim.
- Milli komandanın oyunları ilə əlaqədar çempionatda 20 günə yaxın fasilə yaranacaq....
- Əlbəttə, bizim üçün bu fasilə üstünlük sayılır. Bu fasilədən maksimum şəkildə istifadə etmək lazımdır. Çatışmazlıqlarımızın üzərində işləyəcəyik, digər oyunlarda daha hazırlıqlı olaq.
- Oyunun sonlarında 4-cü hakimlə aranda qalmaqal baş verdi. hətta sarı vərəqə də aldın...
- Sadəcə bir az hörmətsizlik etdi. Sonlara yaxın ayaq üstə dayanmışdım, gəldi bir az başqa cür danışdı, mən sakit oturmuşdum. Sonradan baş hakimi çağırdı kı, mənə sarı vərəqə versin. Burda mənlik bir şey yox idi.Bizim ehtiyat skamyasında ayaqüstə dayanmağımız adi haldı, o bizim oturmağımızı normal şəkildə deyə bilərdi, ancaq kobud formada dedi. Cavan hakimlərdi, danışıqlarına bir az fikir verməlidirlər.
saytlarin hazirlanmasi