Ən çox azarkeş Lənkəranda
Azərbaycan Premyer Liqasının III turu keçirilən 5 oyunla arxada qaldı.
Sportal.az xəbər verir ki, baş tutan 5 qarşılaşmanı ümumilikdə 13 min 350 azarkeş stadiondan izləyib. Ən çox azarkeş 9500 izləyici ilə "Xəzər Lənkəran" - "Rəvan" (1:1) matçında qeydə alınıb. İkinci ən çox azarkeş toplayan matç isə, 1500 azarkeşlə "Neftçi" - "Sumqayıt" (2:1) oyunu olub.
"Zirə" - "İnter" (0:0) matçını 1000, "Qəbələ" - "Kəpəz" (1:0) matçını 900, AZAL - "Qarabağ" (0:2) oyununu isə 450 azarkeş izləyib.
saytlarin hazirlanmasi