AFFA-dan Tərlan Əhmədova cəza

12:32 - 25 Avqust 2015

Azarkeşlər "Xəzər Lənkəran"ı ziyana saldı

 

İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.

 

Sportal.az sizi həmin qərarlarla tanış edir:



Premyer Liqanın III turunun “Xəzər Lənkəran” – “Rəvan”  matçında “Rəvan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 48-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 8 №-li futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 27 №-li futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.

 

Premyer Liqanın III turunun AZAL – “Qarabağ”  matçının 82-ci dəqiqəsində AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı emosional şəkildə etiraz etdiyinə görə texniki zonadan  kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 1000 manat cərimə olunur.

 

Premyer Liqanın III turunun “Qəbələ” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

 

Premyer Liqanın III turunun “Zirə” – “İnter” matçında “Zirə” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Xəbər xətti