Qarşılaşmaya maraq çoxdur
Avroliqanın "pley-off" mərhələsinin cavab matçında "Qarabağ" avqustun 27-də "Yanq Boyz"u qəbul edəcək.
Sportal.az xəbər verir ki, bugündən etibarən qarşılaşmaya bilet satışı bşlanılıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza açıqlamasında artıq 1 gün ərzində 10 min biletin satıldığını bildirib.
Qeyd edək ki, qarşılaşma avqustun 27-si saat 21:00-da Respublika stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi