Əfran İsmayılov: "Qapımızı toxunulmaz saxlamağa çalışmalıyıq"

00:40 - 26 Avqust 2015

"Biz birinci hissədə hücum edə bilmirdik"
 
Sabah Avroliqanın "pley-off" mərhələsinin cavab matçında təmsilçimiz "Qarabağ" İsveçrə "Yanq Boys"unu qəbul edəcək. 
 
Ağdam təmsilçisinin üzvü Əran İsmayılov bu matç haqda fikirlərini Sportal.az-la bölüşüb:
 
"Fikrimcə, hələ qrupa yüksəlməyimiz barədə danışmaq tezdir. Mən ilk oyunu kənardan izləyirdim. Biz birinci hissədə hücum edə bilmirdik. Rəqib isə qol vəziyyətləri yaratmasına baxmayaraq, yararlana bilmədi. Çətin qarşıdurmadır. İsveçrəlilərin qarşısını almaq çox çətindir."Yanq Boyz" daha çox hücum etməyə, qol vurmağa çalışacaq. Biz isə qapımızı toxunulmaz saxlamağa çalışmalıyıq".

Xəbər xətti