Sportal.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Yanq Boyz”un baş məşqçisi Harald Qamperle Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab matçı öncəsi keçirilən mətbuat konfransında deyib.
- Stadionun ot örtüyü pis vəziyyətdədir. Yəqin ki, bunu əvvəlcədən bilirdiniz.
- Bizim başqa yolumuz yoxdur. Sabah bu meydançada oynayacağıq. Ona görə də məhz bu meydançada məşq etməliyik. Ot örtüyünün pis vəziyyətdə olmasına mən cavabdeh deyiləm.
- “Qarabağ” son dörd avrokubok oyununda Bakıda heç-heçə edib. Hansı ki, rəqiblər böyük klublar olub. Bu amil sizi narahat etmir ki?
- Bizim “Qarabağ” haqda geniş məlumatımız var. Qeyd etdiyiniz amil olmasa belə, bilirik ki, rəqibimiz kifayət qədər güclüdür.
- Üzünüzdəki cizgilərdən çox qəmgin görünürsünüz.
- Bunun elə də əhəmiyyəti yoxdur. Sabahkı oyundan sonra gülərüz olmağa çalışacam.
- Komandanızın bu mövsümkü nəticələri o qədər də qənaətbəxş deyil.
- Bunun müxtəlif səbəbləri var. Zədəlilərimiz də çox oldu. Buna baxmayaraq, qələbələrimiz də var.
- “Qarabağ”ın ermənilər tərəfindən işğal olunmuş Ağdam şəhərini təmsil etdiyini bilirsiniz?
-Bəli, bununla bağlı məlumatımız var. Bilirik ki, “Qarabağ” ev oyunlarını məcburiyyətdən öz doğma yurdundan uzaqda – Bakıda keçirir.
- Bundan əvvəlki mövsümlərdə “Qarabağ”la qarşılaşmış “Ayntraxt” və “Zalsburq” Reynaldoya rəsmi təklif göndərdi. Sizin də belə fikriniz var?
- Reynaldo çox yaxşı oyunçudur. Amma biz öz futbolçularımızdan razıyıq.