Pley-off matçı
Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” öz meydanında İsveçrənin “Yanq Boyz” klubunu qəbul edib. Səfərdə qazanılan minimal hesablı qələbə ilə üstünlük əldə edən "Qarabağ" doğma meydanda da rəqibinə heç bir şans tanımayıb və 3:0 hesablı qələbə ilə qrup mrəhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisi ardıcıl ikinci il Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubudur.
27 avqust
21:00. “Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə) 3:0
Qol: Almeyda, 4, Reynaldo, 43, Əfran İsmayılov, 61
Qırmızı vərəqə: Steve Von Bergen, 2
Baş hakim: Gediminas Majeyka (Litva)
Yan xətt hakimləri: Vitautas Simkus, Vitenis Kazlauskas (hər ikisi Litva)
Ehtiyat hakim: Sergeyus Sliva (Litva)
Hakim inspektor: Miroslav Vitkoviç (Xorvatiya)
UEFA nümayəndəsi: Stirbyotn Oskarsson (Finlandiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:0
saytlarin hazirlanmasi