“Qarabağ” da eyni stadionda oynayırdı"
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Yanq Boys”u 3:0 hesabı ilə məğlub edərək qrup mərhələsinə adlayan “Qarabağ” yenidən tarix yazıb.
Sportal.az xəbər verir ki, “Yanq Boys”un baş məşqçisi Harald Qamperle oyundan sonra bunları deyib:
“Qarabağ”ı qrup mərhələsinə çıxması münasibəti ilə təbrik edirəm. İlk dəqiqələrdən qırmızı vərəqə aldıq və sonradan nə qədər çalışsaq da, hesabda geri dönüş edə bilmədik. Stadionun vəziyyəti haqda artıq danışmaq istəmirəm. “Qarabağ” da eyni stadionda oynayırdı. Ona görə də, bu barədə danışmaq yersizdi Reynaldo yaxşı oyunçudur. Lakin biz onunla maraqlanmırıq. O, “Qarabağ”ın futbolçusudur”.
saytlarin hazirlanmasi