"Mən işimdə məsulliyətli olmuşam"
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Yanq Boys”u 3:0 hesabı ilə məğlub edərək qrup mərhələsinə adlayan “Qarabağ” yenidən tarix yazıb.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra bunları deyib:
”Hər kəsi qələbə münasibəti ilə təbrik edirəm. Minimum vəzifəni yerinə yetirdik. Oyundan öncə futbolçularımla söhbətim oldu. Onlara sona qədər mübarizə aparmağı tapşırdım. İstədiyimiz nəticəni əldə etdiyimizə görə sevincliyəm.
“Qəbələ” də hesabda öndədi. Onun da mərhələ adlaması çox yaxşı olardı.
Əfran tam öz formasını qaytarmayıb. Düşünürəm ki millinin heyətində istədiyi formanı geri qaytara biləcək.
Mən 7 ildir ki, burada baş məşqçiyəm və 7 ildir ki, stresdəyəm. Mən işimdə məsulliyətli olmuşam. Digər bir komandada belə bir məsulliyət olardı, olmazdı bunu deyə bilmərəm. Ancaq burada olduğum üçün çox şadam. Ən azından məcburi köçkünlərimizə az da olsa, sevinc yaşadırıq.
Çalışırıq ki, istədiyimiz futbolçunu transfer edək. Maraqlandığımız futbolçu da hazırda əcnəbidir”.
saytlarin hazirlanmasi