"Komanda yoldaşlarımla fəxr edirəm"
"Bütün "Qarabağ" sevərləri, Azərbaycan xalqını bu qələbə münasibəti ilə təbrik edirəm. Hamımızın birlikdə qazandığı qələbədir. Çox ehtiyacımız var idi bu qələbəyə, çünki yaxşı dərk edirik ki, hansı komandanın adını daşıyırıq. Şükürlər olsun ki, layiqli oyun göstərib qalib gəldik".
Sportal.az xəbər verir ki, bu sözləri "Yanq Boyz"la oyunan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqov bildirib.
"Meydançada bir az problemlər var idi. oyundan öncə düşünürdük ki, daha çox bizə problem yaranacaq. Çünki biz daha çox texnikalı oyuna üstünlük veririk. Rəqib istənilən halda uzun toplarda istifadə etməyi bacarırdı. Komanda yoldaşlarımla fəxr edirəm. Çox mübariz oyun göstərdik. Oyundan öncə də məşqçilər bildirmişdi ki, hesabı qorumağa oynamayacağıq, öz oyunumuzu göstəribb hücumlar qurmalıyıq. Fikrimiz Yunanıstandadır, ümid edirik, "Qəbələ" də qrupa vəsiqə qazanacaq",
saytlarin hazirlanmasi