Roman Qriqorçuk: "Heyətimiz güclənməyə bilməz"

01:59 - 28 Avqust 2015

"Məqsədimiz bir an belə konsentrasiyanı itirməmək idi"
 
“Stadiondakı gərgin ab-hava bizə problem yaratmadı. Həm də bu haqda çox danışmağa ehtiyac yoxdur. Oyundan əvvəl də bu vəziyyətə hazır idik. Məqsədimiz bir an belə konsentrasiyanı itirməmək idi”.
 
Sportal.az futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri “Panatinaikos”la oyundan (2:2) sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Ukraynalı mütəxəssis mütləq yeni transfer etməli olduqlarını bildirib: “Qol vurub, lazımi nəticəni əldə edəndən sonra komandanın oyunu dəyişir. Futbolda belə hallar olur. Bunun səbəbkarı da rəqib idi. Çünki “Panatinakos” qapısında qol gördükdən sonra çox fəal idi. Transfer barədə düşünəcəyik. Heyətimiz güclənməyə bilməz. Mütləq yeni transfer olmalıdır ki, uzun marafonda mübarizə apara bilək. Bizi oyunçuların adları yox, bacarıqları maraqlandırır. Yaş elə də prinsipial deyil. Hazırki heyətimizdən Qayın adını çəkə bilərəm. O, peşəkardır”.

Xəbər xətti