Azarkeşlər futbolçular və klub rəsmilərinin üzərinə hücum çəkib
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Panatinaikos" - "Qəbələ" matçından (2:2) sonra qalmaqal yaşanıb.
Sportal.az qol.az-a istinadən xəbər verir ki, matçın final fitindən sonra nəticə ilə barışmayan yerli azarkeşlər komandalarına etiraz ediblər.
Bir qrup azarkeş isə meydana daxil olaraq "Panatinaikos"un futbolçuları və klub rəsmilərinin üzərinə hücum çəkiblər. Polisin müdaxiləsindən sonra hücumun qarşısı alınıb.
Lakin bir müddət keçməsinə baxmayaraq, "Panatinaikos"un ən çılğın azarkeş qrupu olan "Sektor 13" meydanda qalaraq komanda üzvləri və klubun rəsmiləri ilə mübahisələrini davam etdiriblər.
saytlarin hazirlanmasi