Futbolçular Hacı İbrahimdən məvaciblərini tələb edir - 155 MİN MANAT

20:20 - 28 Avqust 2015

"Onların da məvacibləri ödənilmir və hazırda UEFA və FİFA-ya şikayət etməyə çalışırlar"
 
Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “AVESTA” konserninin tərkibində fəaliyyət göstərən “Xəzər adaları” futzal klubunun oyunçuları Lent.az-a müraciət edib.
 
Sportal.az xəbər verir ki, bir neçə aydır ki, məvaciblərini ala bilmədiklərini bildirən futbolçu və məşqçilər problemlərinin həll edilməsini istəyir: “Aramızda xarici oyunçular da var. Onların da məvacibləri ödənilmir və hazırda UEFA və FİFA-ya şikayət etməyə çalışırlar. “AVESTA” konserninin rəhbərliyi bizə vədlər  verir. Amma bir neçə ay keçməsinə baxmayaraq, heç bir ödəniş edilməyib”.
 
Müraciətdə qeyd edilir ki, xarici oyunçular səfirlik, AFFA VƏ FİFA-ya şikayət edərək məsələni həll etmək istəyirlər: “Lakin onların qarşısını klubun rəhbərləri olan Ceyhun Aslanov və Elnur Qəmbərov saxlayıb. Əlavə olaraq onu da qeyd edə bilərik ki, xarici vətəndaşların qaldığı evlərə təxminən 7-8 min manat borc qalıb. Onlar da hələ ki, gözləmə mövqeyindədirlər”.
 
Qeyd edək ki, futbolçu, məşqçi və texniki heyət üzvlərinə ödəniləcək ümumi məbləğ 152000-155000 manat təşkil edir. Bura 3 oyunun qələbə mükafatını əlavə edəndə əlavə 25 min manat ödəniş də yaranır.
 
Məvacibləri verilməyən idmançılar aşağıdakılardır:
 
 1.Elnur Qəmbərov, məşqçi oyunçu - 2 ay + çempionluq bonusu
2.Ağatahir Əzimov, köməkçi məşqçi - 2 ay + çempionluq bonusu
3.Vüqar Qəmbərov, hazırlıq üzrə məşqçi- 2 ay + çempionluq bonusu
4.Gamella Conde Anjel (İSPANİYA),fiziki məşqçi - 3 ay + çempionluq bonusu
5.Naib Abdulla, baş həkim - 2 ay + çempionluq bonusu
6.Elvin Musayev, köməkçi həkim - 2 ay + çempionluq bonusu
7.Orxan Hüseynov, mətbuat katibi - 2 ay + çempionluq bonusu
8.Ceyhun Aslanov, menecer - 2 ay + çempionluq bonusu
9.Elnur Zamanov, qapıçı - 2 ay + çempionluq bonusu
10.Zeynal Zeynalov, - 2 ay + çempionluq bonusu
11.Kamran Hacıyev, qapıçı - 2 ay + çempionluq bonusu
12.Polad Kərimov - 2 ay + çempionluq bonusu
13.Aleksandr Araca (Braziliya) - 3 ay + çempionluq bonusu
14.Leonardo Oliveira (Braziliya) - 3 ay + çempionluq bonusu
15.Cesar Augusto (Braziliya) - 3 ay + çempionluq bonusu
16.Amadeu Fernandes - 3 ay + çempionluq bonusu
17.Eduardo Mello Borges - 3 ay + çempionluq bonusu
18.Fineo Araujo - 3 ay + çempionluq bonusu
19.Carlos Anos (İspaniya) - 3 ay + çempionluq bonusu
20.Lolo Jarke (İspaniya) - 3 ay + çempionluq bonusu
21.Davi Ribeiro (Braziliya) - 3 ay + çempionluq bonusu
22.Chico Brogilio (Braziliya) - 3 ay + çempionluq bonusu
 
 
Qeyd edək ki, şikayətçilər arasında Azərbaycanın futzal yığmasının üzvləri də var.

Xəbər xətti